Türkiyədə 1 həftədə 40 terrorçu zərərsizləşdirilib

2018/07/768768_1532342572.jpg
Oxunub: 3574     18:42     23 İyul 2018    
Türkiyə daxilində 16-23 iyul tarixlərində həyata keçirilən terrorla mübarizə əməliyyatlarında 40 terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin tarixlər ərzində Türkiyə polisi və jandarma qüvvələri, həmçinin Türkiyə Silahlı Qüvvələrinin quru və hava qolları tərəfindən ümumilikdə 1898 əməliyyat həyata keçirilib.

Əməliyyatlarda PKK-ya yardım etməkdə şübhəli bilinən 81, İŞİD-ə bağlı 13, FETÖ-yə mənsub 334 nəfər ələ keçirilib.

Daxili təhlükəsizlik əməliyyatlarında 26-sı ölü, 6-sı sağ ələ keçirilməklə və əlavə 8 terrorçunun təslim olması ilə ümumilikdə 40 terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin