Husilər Hudeydədə hücum həyata keçiriblər: 2 ölü, 7 yaralı

2018/07/thumbs_b_c_1ae65700cd22bc6eb7766f535792a78c_1532340701.jpg
Oxunub: 2868     18:10     23 İyul 2018    
Husi qiyamçıları Yəmənin Hudeydə vilayətində həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən hökumətinə yaxın mənbələr bildirib.

Məlumata görə, hücum Hudeydənin Bani Baker bölgəsində baş tutub. Hücum zamanı qiyamçılar minaatanlardan istifadə ediblər.

Digər tərəfdən hökumət qüvvələri ilə husilər arasında Ət-Tuhayta bölgəsində qarşıdurmaların yenidən başladığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husi   Hudeydə  


Bizi "telegram"da izləyin