NATO və ABŞ İraqdakı missiyalarını genişləndirir

2018/07/456456_1532336317.jpg
Oxunub: 3528     17:43     23 İyul 2018    
İraqda terrorla mübarizədə ABŞ və NATO-nun hərbi fəaliyyətinin daha da artırılması planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İraq Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, hazırda ABŞ və alyans İraqda İŞİD və digər kiçik terror qruplarına qarşı fəaliyyətini daha genişləndirməyi planlaşdırır.

Yayılan məlumatlarda hazırda bu fəaliyyətin Bağdad rəhbərliyi ilə koordinasiya edildiyi və İraq hökumətinin rəsmi razılığı ilə həyata keçirildiyi vurğulanıb.

Bildirilir ki, bu missiyaların daha da genişləndirilməsi üçün Suriyada fəaliyyəti müvəqqəti olaraq dayandırılan İŞİD-lə mübarizə məqsədli koalisiya qüvvələrinin İraqdakı əməliyyatlara cəlb edilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ   İraq  


Bizi "telegram"da izləyin