Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı yerli mənbələr yayıb.
Bildirilib ki, ötən gün ordu qüvvələri Küneytrə bölgəsinin mərkəzi hesab edilən eyni adlı şəhərin ətrafındakı daha 3 iri yaşayış məntəqəsi “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasından azad edib.
Bununla da artıq mərkəz Əl-Küneytrə şəhəri 3 fərqli istiqamətdən mühasirəyə alınıb.
Qeyd edək ki, şənbə günü terrorçu qruplaşmanın çox sayda üzvünün Küneytrədən razılaşdırılmış şəkildə evakuasiya edilməsindən sonra ordu bu gün ərzində şəhərə daxil olmağı planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az