Çin hərbi qüvvələri ordu oyunlarında iştirak üçün Rusiyaya gedib

2018/07/32423_1532335833.jpg
Oxunub: 3498     16:48     23 İyul 2018    
Çin hərbçiləri “Ordu Oyunları 2018” hərbi yarışlarında iştirak üçün Rusiyaya gedib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, Çin Xalq Azadlıq Ordusunun təlimlərdə iştirak edəcək təmsilçi heyəti ötən gecə Rusiyaya eniş edib.

Bildirilir ki, 16 fəqli növdə yarışlarda iştirak edəcək Çin hərbçiləri əsasən aviasiya sahəsində özünü göstərəcək.

Belə ki, Çin Hərbi Hava Qüvvələrinə məxsus yarışlarda iştirak edəcək 6 ədəd H-6K bombardımançıları, İL-76, J-10A və JH-7 qırıcıları və Y-9 nəqliyyat təyyarəsi də Rusiyaya gətirilib.

Qeyd edək ki, iyulun 28-də start götürəcək yarışlarda 9 ölkənin iştirakı planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   Təlim  


Bizi "telegram"da izləyin