Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ağ Evin sözçüsü Sarah Sanders verib.
O qeyd edib ki, Cənubi Sudanda iki siyasi fiqur Salva Kir və Riyek Maçar arasında razılıq əldə edilməsi ilə bağlı daha öncə bağlanan sazişin praktiki olaraq tətbiqinin hiss olunmaması ABŞ-ın narahatlığını artırır.
“Biz hər iki tərəfi beynəlxalq nümayəndələrin də iştirakı ilə əldə edilmiş yekun aktın faktiki olaraq həyata keçirilməsinə çağırırıq. Əgər bu baş verməsə, ABŞ silah satışı ilə bağlı embarosunu daha uzun müddət davam etdirəcək. Həmçinin bu embarqonun başqa sahələrə tətbiqi də istisna edilmir”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az