Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tokiodakı səfiri Mixayıl Qaluzin bildirib.
Onun sözlərinə görə, nazirlərin görüşü bu ayın 31-i Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
“2+2 formatlı görüş zamanı iki ölkə arasında hərbi və siyasi etibarı gücləndirəcək tədbirləri görülməsi əsas müzakirə mövzusu olacaq. Bu mənada tərəflər Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər”, - deyə Qaluzin qeyd edib.
O, Moskva və Tokionun Koreya yarımadasının nüvəsziləşdirilməsində maraqlı olduğunu və görüş zamanı bu məsələnin də müzakirə olunmasının istisna olunmadığını əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az