100 mindən çox qaçqın Şərqi Qutaya geri dönüb

2018/07/5676_1532332560.jpg
Oxunub: 3314     15:53     23 İyul 2018    
Suriyadakı Şərqi Quta bölgəsinin azad edilməsindən keçən müddət ərzində artıq 100 mindən çox qaçqın öz evinə geri dönüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Qaçqınların Qəbulu, Təyinatı və Yerləşdirilməsi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şərqi Qutanın azad olunduğu aprel ayından bu vaxta qədər müharibənin başlanmasından dolayı bölgəni tərk edən sakinlərin 100 mindən çoxu əraziyə geri dönüb.

Qeyd edək ki, Qaçqınların Qəbulu, Təyinatı və Yerləşdirilməsi Mərkəzi Rusiya və Suriya Müdafiə Nazirlikləri tərəfindən birgə təsis olunub. Mərkəzin qurulmasında məqsəd qaçqınlara humanitar yardımların çatdırılması, müharibədən əziyyət çəkən bölgələrin bərpa olunması və s-dir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin