Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Qətərdəki səfiri Nurmaxmad Kolov bildirib.
"Hərbi-texniki əməkdaşlıq sazişi 2017-ci ilin oktyabrında imzalanıb. Kontraktlar isə ənənəvi silahların, məsələn, kiçik çaplı tapançalar, "Kalaşnikov" hücum tüfəngi, pulemyotlar və "Kornet" tank əleyhinə raket sistemlərinin çatdırılmasını nəzərdə tutub", - deyə Kolov bildirib.
Onun sözlərinə görə, həmçinin bu ilin sonuna qədər Moskva və Dohada iki ölkənin müdafiə üzrə attaşelərinin açılması planlaşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az