Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Portuqaliya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, Portuqaliya hərbi rəhbərliyi Hərbi Hava Qüvvələrinin xidmətindəki 5 ədəd F-16 qırıcısının Rumıniyaya satılmasına qərar verib.
Açıqlamada müqavilə ilə bağlı əlavə detallara yer verilməyib.
Qeyd edək ki, Portuqaliya bu qırıcıların yerini ABŞ-dan alacağı yeni F-35-lərlə doldurmağı planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az