Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Şotlandiya hərbi mənbələri yayıb.
Bildirilir ki, bu ilin yanvarında İraqın “Əl-Əsəd” bazasında yerləşdirilən 300-dən çox Şotland hərbçi öz missiyalarını uğurla tamamladıqdan sonra bu gün Şotlandiyanın “Fort George” bazasına gətiriliblər.
Qeyd edək ki, sözügedən hərbi birlik 6 ay ərzində İraq ordusu daxilindəki hərbçilərə piyada döyüş vasitələrindən istifadə qaydaları ilə bağlı təlimlər keçib.
Dəyanət Ağalarlı
Ordu.az