Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, son dövrlərdə Almaniya və Polşa kimi böyük dövlətlərin orduları bu raketi öz silahlanmasına əlavə edib.
Avropada “Spike” raketi əsasən köhnəlməkdə olan “Milan” və “Konkurs/Faqot” tank əleyhinə idarəolunan raket sistemlərini əvəzləmək üçün alınır. Hələ də effektli olmalarına baxmayaraq, bu silahlar artıq daha az dəqiq və “Spike” görə gücsüz kimi dəyərləndirilirlər.
“Spike” həm də taktiki olaraq elastik və operatorun istifadəsi üçün daha asandır. “Milan” və “Konkurs” raketlərində isə istifadəçi atışdan sonra belə onu idarə edən platformanın istifadəsinə davam etməlidir.
Ağalar Ağalarlı
Ordu.az