Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saatda hökumət qüvvələri bir sıra bölgələrə və strateji yüksəkliklərə nəzarəti bərpa edib.
Suriya ordusu Deranın şimal-şərqindəki Nava şəhərinə baxan strateji Əl-Cəniyə yüksəkliyini terrorçulardan təmizləməyə nail olub.
Bundan başqa adıçəkilən şəhərin şimal-qərb qurtaracağında yerləşən Əl-Şükriyə şəhəri və bir neçə hərbi nöqtələr də terrorçulardan azad edilib.
Ağalar Ağalarlı
Ordu.az