Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordunun iki briqadası ABŞ-ın Corciya ştatındakı “Fort Benning” bazasında 8 həftəlik təlimlərə qatılacaqlar.
Ekspertlər bilidirirlər ki, ABŞ QQ son 42 il ərzində piyada bölüklərinin təlimlərini eyni proqram əsasında həyata keçirib. Lakin artıq əsgərlərin piyada təlimlərini bitirən kimi müharibəyə getməyə hazır olmalı olduğuna dair fikir geniş yayılıb.
Buna görə də təlim proqramlarında dəyişikliklər edilməklə yanaşı, bu təlimlər zamanı əsas fokuslanılan nöqtələr də gələcək müharibələrin tələblərinə uyğun yenidən müəyyən edilir.
Təlimlər zamanı xüsusilə şəhər döyüşlərinə hazırlıq, taktiki manevr qabiliyyəti, cəld yerləşmə və s. kimi məsələlər əsas diqqət ayrılan sahələrdir.
Ağalar Ağalarlı
Ordu.az