Suriyada müxaliflər çox sayda məntəqəni İŞİD-ə təhvil verib

2018/07/345345_1532156509.jpg
Oxunub: 2831     15:00     21 İyul 2018    
Suriyada müxalif qüvvələr nəzarətdə saxladıqları bir neçə şəhəri İŞİD-in bir qolu hesab edilən “Ceyş Xalid ibn Valid ordusu” terror qruplaşmasına təhvil verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən qruplaşma İŞİD-in Suriyanın cənub-qərbinə nəzarət məqsədilə ilə yaradılmış bir qoludur.

Məsələ ilə bağlı yerli mənbələrin bildirdiyi məlumatda qeyd olunub ki, bu qruplaşmanın bölgədəki mövqeyi hər ötən gün bir az daha güclənməkdədir.

Bildirilib ki, son günlərdə ordu qüvvələri ilə rəqabətə tab gətirməyən müxalif qüvvələr İordaniya ilə sərhəd Yarmuk düşərgəsi yaxınlığındakı bir çox məntəqəni terror qruplaşmasına təhvil verərək bölgədən çəkilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD  


Bizi "telegram"da izləyin