“Taliban”dan daha bir hücum: 2 əsgər həlak oldu

2018/07/9d55de86-26bb-11e7-a553-18fc4dcb5811_1280x720_132814_1531729412.jpg
Oxunub: 2100     16:08     16 İyul 2018    
“Taliban” qiyamçıları Əfqanıstanın Lanqman və Kunar vilayətlərində ordunun nəzarət postuna hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun 201-ci “Selab” hərbi korpusunun mətbuat katibi Şerin Ağa Faqiri bildirib.

Mətbuat katibinin sözlərinə görə, qiyamçılar koordinasiyalı şəkildə paralel olaraq iki vilayətdə hücumlar həyata keçiriblər.

Təhlükəsizlik qüvvələri Lanqman vilayətində hücuma dərhal qarşılıq verərək 5 qiyamçını məhv edib, 1-i isə yaralanıb.

Buna baxmayaraq Kunar vilayətində baş tutan hücum nəticəsində 2 əsgərin həlak olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin