Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin rəsmisi bildirib.
Rəsminin sözlərinə görə, Hindistan və ABŞ ordularının ayrı-ayrı qoşun növləri müxtəlif zamanlarda təlimlər həyata keçirib. Lakin ilk dəfə olaraq sözügedən orduların hər üç qoşun növü eyni zamanda birgə təlimlərdə iştirak edəcək.
O bildirib ki, bu ilin sentyabr ayında Hindistan və ABŞ- ın Müdafiə və Xarici İşlər nazirləri arasında baş tutması planlaşdırılan 2+2 formatlı görüşdə təlimlərin təşkili ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, ABŞ Müdafiə naziri Ceyms Mettis ötən il Hindistana səfər edərkən, Hindistan Müdafiə naziri Nirmala Sitharaman ilə birlikdə birgə təlimlər barəsində açıqlama verib.
Ağalar Ağalarlı
Ordu.az