""Taliban" Əfqanıstanın yarıdan çoxunu nəzarətdə saxlayır" – Rusiyalı diplomatı

2018/07/Снимок_1531722136.png
Oxunub: 3440     14:15     16 İyul 2018    
Rusiya "Taliban" nümayəndələrini Əfqanıstan probleminin müzakirəsi üçün Moskvaya dəvət edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı rusiyalı diplomat Zamir Kabulov bildirib.

O qeyd edib ki, hazırda “Taliban” qiyamçıları Əfqanıstanın yarısından daha çoxunu nəzarətdə saxlayır.

Kabulovun fikrincə qiyamçı olmalarına baxmayaraq, əgər “Taliban” ölkədə bu dərəcədə söz sahibi bir siyasi aktordursa, onda digər tərəflər onlarla danışıqlar masasına oturmalı və tələblərini dinləməlidir.

“Bu uzaqgörən addımı ilk olaraq Rusiya atdı. Rəsmi Moskva “Taliban” nümayəndələrini dialoqlar üçün ölkəyə dəvət edib. Əfqanıstan hökuməti qiyamçıların tələb və təkliflərini dinləməli, onlarla əməkdaşlığa razı olmalıdır. Ölkədə sülhün əldə edilməsinin yeganə yolu budur”, - deyə politoloq vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin