Britaniya HHQ daha bir “Atlas”ı qəbul edib

2018/07/Atlas-aircraft--CROWN-COPYRIGHT_1531565116.jpg
Oxunub: 538     19:43     14 İyul 2018    
Britaniya Hərbi Hava Qüvvələri yeni nəsil “Atlas” nəqliyyat təyyarəsini silahlanmasına əlavə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə naziri Qavin Uilyamson bəyan edib.

Onun sözlərinə görə, rəsmi olaraq xidmətə verilən təyyarə ekipajı ilə birlikdə əməliyyat şəraitində istifadəyə hazır vəziyyətdədir. O, Yaxın Şərq əməliyyatlarında istifadə olunacaq və C-130 “Hercules”i əvəzləyəcək.

Qeyd edək ki, Britaniya 22 ədəd “Atlas” təyyarəsi sifariş verib. Sonuncu qəbul edilən təyyarə onların 20-cisidir. Bütün təyyarələrin çatdırılması 2020-ci illərin əvvəlində yekunlaşacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Atlas   C-130  

Britaniya HHQ daha bir “Atlas”ı qəbul edib

2018/07/Atlas-aircraft--CROWN-COPYRIGHT_1531565116.jpg
Oxunub: 539     19:43     14 İyul 2018    