Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Onun sözlərinə görə, NATO-da olan bir sıra zəngin ölkələr hələ də müdafiəyə bir faizdən az xərcləyir, bu isə qəbuledilməzdir.
Ərdoğan Türkiyənin hərbi xərclərinin hazırda ÜDM-nin 1,8%-nə bərabər olduğunu və onun daha da artırılması istiqamətində planlar hazırlandığını bildirib.
Qeyd edək ki, Donald Tramp NATO sammitindəki çıxışında üzv dövlətlərin müdafiə büdcələrini ÜDM-nin 4%-nə çatdırmalı olduqlarını vurğulayıb. Bu məsələyə də toxunan Ərdoğan Trampın bu təklifinə dəstək verdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az