Ordu.az “Al-Jazeera”yə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Səudiyyə Ərəbistanına məxsus hərbi mənbələr yayıb.
Açıqlamada bildirilir ki, yəmənli qiyamçı qüvvələr ötən gün Səudiyyə Ərəbistanının bu ölkə ilə sərhədində yerləşən Nəcran bölgəsinə raket hücumu həyata keçirib.
Qiyamçılar tərəfindən Səudiyyə Ərəbistanının bölgədəki hərbi düşərgəsinə endirilən “Zilzal 2” raketi nəticəsində 10-a qədər krallıq hərbçisi həlak olub. Eyni zamanda Səudiyyə Ərəbistanına məxsus bir neçə tank, zirehli texnika və döyüş sursatı yararsız hala düşüb.
Dəyanət Ağalarlı
Ordu.az