“NATO Soyuq Müharibə dövrünün qalığıdır” – Lavrov

2018/07/manar-01671870015242165929_1531550647.jpg
Oxunub: 427     14:43     14 İyul 2018    
“NATO Soyuq Müharibə dövrünün qalığıdır və Rusiya NATO-nun hazırda elədiklərinin problemləri həll etmək məqsədi daşıdığına inanmır”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Onun sözlərinə görə, NATO gerçəklikdə Soyuq Müharibə dövrünə xas düşüncə tərzi ilə idarə olunur, buna görə də onun etdikləri ekspansiya cəhdlərindən başqa bir şey deyil.

“Biz NATO-nun daha çox genişlənməyə çalışmaqla, Rusiya sərhədlərinə daha da yaxınlaşmaqla, problemləri həll etmək istədiyini düşünmürük. Bu, hansısa problemin həll yolu ola bilməz”, - deyə Lavrov bildirib.

O, Rusiya və ABŞ-ın bu gün ortaq təhdidlərlə üz-üzə olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu təhdidlər terror, iqlim dəyişikliyi, mütəşəkkil cinayətkarlıqdan ibarətdir və NATO-nun tədbirləri bunların heç birinin həllinə ünvanlanmayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   ABŞ   Rusiya  

“NATO Soyuq Müharibə dövrünün qalığıdır” – Lavrov

2018/07/manar-01671870015242165929_1531550647.jpg
Oxunub: 428     14:43     14 İyul 2018    