Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, təlim xarakterli yarışlar iyulun 28-də Rusiyada baş tutacaq.
Çin Xalq Azadlıq ordusunun Hərbi Hava Qüvvələrindən bildirilən açıqlamada qeyd olunub ki, XAO yarışlara 20-ə qədər qırıcı və helikopterlə qatılacaq.
Açıqlamada diqqətləri çəkən əsas məqam isə ordu oyunlarına göndəriləcək qırıcılar arasında Çinin ötən ay Cənubi Çin dənizində və Tayvan boğazında keçirdiyi qalmaqallı patrul reydləri zamanı istifadə olunmuş H-6K təyyarələrinin də olmasıdır.
Qeyd edək ki, açıqlamada bunun heç bir xüsusi məna kəsb etmədiyi qeyd olunsa da, bir çox hərbi ekspertlər Çinin bu addımla Qərbə mesaj göndərmək istədiyi qənaətindədirlər.
Dəyanət Ağalarlı
Ordu.az