Ordu.az “Japan Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean donanmasının mətbuat katibi Tim Qorman bildirib.
“ABŞ-ın Sakit Okean donanmasının rəhbərliyi altında keçirilən beynəlxalq RIMPAC təlimləri Çinə məxsus kəşfiyyat gəmisi tərəfindən izlənilir. Biz gəminin ABŞ-ın su məkanından kənarda qalacağını və təlimləri pozacaq hansısa əməliyyat aparmayacağını gözləyirik”, - deyə Qorman qeyd edib.
Təlimdə iştirak edən Çili donanmasının nümayəndəsi Pablo Niman bu xəbərdən çox təəssüf hissi keçirdiyini və təlimdə iştirak etməyən bir gəminin təlimləri pozacaq bir fəaliyyət göstərməməli olduğunu bildirib.
Qeyd edək ki, RIMPAC iki ildən bir olaraq ABŞ donanmasının rəhbərliyi altında baş tutur. Çin bu təlimlərin sonuncu ikisində iştirak etsə də, bu il dəvət olunmayıb.
Ağalar Ağalarlı
Ordu.az