Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Səudiyyə Ərəbistanı Kral Donanmasından bildirilib.
Açıqlamada qeyd olunub ki, müqaviləyə əsasən şirkət Səudiyyə Donanmasının tərkibindəki "Əl-Riyad" sinfindən olan freqatların diversifikasiyalaşdırılmasını və buna uyğun şəkildə elektron idarəetmə sistemləri ilə təchizatlarını həyata keçirəcək.
Bildirilir ki, 2020-ci ildə tamamlanması planlaşdırılan layihə ABŞ-ın Orlando Səudiyyə Ərəbistanının 5 müxtəlif şəhərində həyaa keçiriləcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 53,1 milyon dollardır.
Dəyanə Ağalarlı
Ordu.az