Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la hərbi əməkdaşlıq çərçivəsində artıq ilk 5 helikopter Zaqrebə təhvil verilib.
Məsələ ilə bağlı açıqlamasında Xorvatiya Müdafiə naziri Damir Kristiçyeviç bildirib ki, ölkəsi ABŞ-dan 16 ədəd "Kiowa" və İsraildən 12 ədəd F-16 qırıcısı alacaq.
O qeyd edib ki, ABŞ-dan alınan ilk 5 ədəd "Kiowa" artıq Zemunik aviabazasına gətirilib.
Nazir ABŞ-la müqavilənin detallarına toxunmasa da, İsraillə əməkdaşlığın ümumi dəyərinin 457 milyon dollar olduğunu vurğulayıb. O həmçinin bu qərarları 90-cı illərdən bu yana Xorvatiyanın hərbi sahədə atdığı ən nəhəng addımlar kimi xarakterizə edib.
Qeyd edək ki, Xorvatiya 2009-cu ildən NATO üzvüdür ki, bağlanılan əsas hərbi müqavilələr də bu dövrdən sonraya təsadüf edir.
Dəyanət Ağalarlı
Ordu.az