Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Leonardo” kompaniyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, proqramın məqsədi Polşa Hərbi Hava Qüvvələrini yeni döyüş helikopterləri ilə təchiz etməkdir.
“Bu müqavilə İtaliya və Polşa müdafiə sənayeləri arasında mövcud olan əməkdaşlığı yeni pilləyə yüksəldəcək. “Leonardo” Polşa Müdafiə Nazirliyi ilə uzun müddətdir ki, əməkdaşlıq edir. Yeni müqaviləyə əsasən PGZ şirkəti ilə birlikdə Polşa HHQ üçün döyüş helikopteri inşa edəcəyik”, - deyə kompaniyanın icraçı direktoru Can Piero Kutillo danışıb.
Ağalar Ağalarlı
Ordu.az