Ordu.az TASS-a istinadən xəbər verir ki, yeni silaha Sprut SDM-1 adı verilib.
Bildirilib ki, ilk dəfə 2015-ci ilin iyununda baş tutmuş “Army-2015” hərbi-texniki forumunda təqdim edilən özüyeriyən qurğunun çəkisi 18 tondur.
Dizel yancaqla işləyən 500 at gücündə mühərrikə sahib tank əleyhinə vasitənin sürəti quruda saatda 70 kilometr, suda isə 7 kilometr təşkil edəcək. 3 nəfər (komandir, tuşlayıcı, sürücü) heyətə sahib olacaq texnika 125 mm-lik 2A75 topu və 7,62 mm-lik PKTM pulemyotuna sahib olacaq.
Qeyd edək ki, BMD-4M piyada döyüş maşını əsasında dizayn edilən “Sprut SDM-1” qurğusunun bu ilin oktyabrında ilkin prototip versiyasının təqdim ediləcəyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az