Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin Nangərhar bölgəsində baş tutub.
Əməliyyatların nəticəsi ilə bağlı məlumat bildirən Nangərhar əyalət şurasının üzvü Əcmal Ömər bildirib ki, ordunun endirdiyi yanlış aviazərbə nəticəsində 10 mülki vətəndaş həlak olub, daha bir neçəsi yaralanıb.
Paralel olaraq başqa bir hökumət rəsmisi Əttəullah Xoqyani isə hadisə ilə bağlı bildirdiyi açıqlamada 6 sivilin həlak olduğunu elan edib.
Qeyd edək ki, hələlik hökumətdən bu iki məlumatda yaranan fərqlə bağlı rəsmi açıqlama bildirilməyib.
Dəyanət Ağalarlı
Ordu.az