Serbiya MN: S-300 iddiaları yalandır

2018/07/1197819_1530774188.jpg
Oxunub: 1380     15:29     05 İyul 2018    
Serbiya Müdafiə naziri ölkəsinin Rusiyadan S-300 raket sistemi almaq istədiyi ilə bağlı yayılan xəbərləri yalanlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, nazir bu haqda bu gün səhər keçirdiyi mətbuat konfransında bildirib.

Məsələ ilə bağlı açıqlama bildirən Serbiya Müdafiə naziri Aleksandr Vulin qeyd edib ki, ölkəsinin hələki belə bir planı yoxdur.

“Serbiya Rusiya ilə yüksək səviyyəli qarşılıqlı əməkdaşlığa sahibdir. Lakin bu bizim Moskvadan S-300 sistemi almaq istədiyimiz mənasına gəlmir. Bəlkə daha sonra bu mümkündür amma hələlik Serbiyanın Müdafiə strategiyasında belə bir variant öz əksini tapmır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ötən axşam bir sıra anonim serb mənbələri tərəfindən Belqradın Rusiyadan S-300 raketdən müdafiə sistemi almaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Rusiya   S-300  


Bizi "telegram"da izləyin