Merkel söz verdi: "Hərbi xərclər artırılacaq"

2018/07/124984512514584541_1530774573.jpg
Oxunub: 1937     15:05     05 İyul 2018    
Almaniya Kansleri Angela Merkel və onun Müdafiə naziri Ursula von der Leyen ölkənin hərbi xərclərinin artırılacağına söz verib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Merkel və Leyen bu barədə dünən birgə qatıldıqları mətbuat konfransında danışıblar.

Onlar uzun illər Almaniyanın hərbi xərclərinin azaldılmasının ordunun hazırlığını azaltdığını və üstəlik bəzi NATO müttəfiqlərinin qəzəbinə səbəb olduğunu bəyan ediblər.

Merkel bildirib ki, artıq hərbi xərclərdə artım planlaşdırılıb, lakin digər ölkələrin hərbi xərclərinin onların ümumi daxili məhsullarına olan nisbətini nəzərə aldıqda bu artımın yetərli olmadığını görərik.

Son olaraq kansler və Müdafiə naziri NATO-nun 2%-lik tələbini hələ də qəbul etdiklərini və ilk olaraq 2024-cü ilə qədər hərbi xərclərin ÜDM-nin 1,5%-nə çatdırılacağını bildiriblər.

Plana əsasən növbəti maliyyə ilində Almaniyanın müdafiə xərcləri daha 4 milyard avro artaraq 42,9 milyard avroya yüksələcək. Bununla da artıq dördüncü ildir Müdafiə naziri olan Leyenin dövründə Almaniyanın hərbi xərcləri 30%-ə qədər yüksəldilmiş olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   NATO  


Bizi "telegram"da izləyin