Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli Küveyt nəşrlərindən biri iddia irəli sürüb.
Anonim diplomatik mənbəyə istinad edən nəşr Britaniya əsgərlərinin bu ilin sonuna qədər Küveytə gedəcəyini bildirib.
Mənbənin məlumatına görə, qərar Britaniya-Küveyt Ortaq İdarəetmə Qrupunun ötən həftə baş tutan görüşündə və Küveyt Xarici İşlər naziri Sabah əl-Xalid əl-Həmadın London səfəri zamanı qəbul edilib. Nazirin səfəri bu həftənin bazar ertəsi yekunlaşıb.
Hələlik nə Britaniya, nə də Küveyt tərəfindən məlumatla bağlı rəsmi bir açıqlama yoxdur. Buna baxmayaraq bir müddət öncə Birləşmiş Krallığın Küveytdəki səfiri Londonun burada daimi hərbi mövcudluğu nəzərdən keçirdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az