Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmilər ötən gün donanmaya təhvil verilib.
Gəmilərlə bağlı Çin Donanmasından yayılan xəbərdə qeyd olunub ki, yerli istehsal olan “Type 055” döyüş gəmiləri texniki səviyyəsinə görə, ABŞ Donanmasının “Aegis” gəmiləri ilə bərabər səviyyədədir.
Bildirilib ki, 2012-ci ildən istehsalına başlanılmış bu gəmilərin istehsalı üçün ümumilikdə 4 milyard dollara qədər maliyyə vəsaiti sərf olunub.
Qeyd edək ki, gəmilər Çin Donanmasının Sarı dənizdəki filotiliyası daxilində fəaliyyət göstərəcək.
Dəyanət Ağalarlı
Ordu.az