Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar bu barədə Türkiyə-Suriya sərhədindəki bölük və qərargahlarda təftiş apararkən danışıb.
Bölgədəki bölük komandirlərilə bir araya gələrək davam edən hərakat və fəaliyyətlər haqqında bilgi alan Akar təftiş zamanı Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəyə davam edəcəyini bildirib.
O, Münbic yol xəritəsi və təhlükəsizlik prinsipləri istiqamətində ABŞ ordusu ilə zəruri təmas və koordinasiya işlərinin eyni zamanda, YPG-nin Münbici tərk etməyə davam etdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az