Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya 1-ci Kraliça Draqoon Qvardiyasının C eskadrasının zabiti mayor Ben Parkin bildirib.
Onun sözlərinə görə, aprel ayından etibarən Polşanın Bemovo Piski düşərgəsində Birləşmiş Krallığın 150-dən çox əsgəri yerləşdirilib. Bu əsgərlərə qarşı həm elektromaqnit spektrdə, həm də fiziki olaraq hibrid müharibə təhdidi mövcuddur.
Qeyd edək ki, hibrid müharibə ənənəvi hərbi taktikaların propaqanda, dezinformasiya, kiberhücumlar, seçki müdaxiləsi və s. kimi alətlərlə qarışdırılması ilə aparılan müharibəyə deyilir.
Ağalar Ağalarlı
Ordu.az