Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir ölkəsinin bu problemin həllinə kənardan izləyici kimi qalmayacağını bildirib.
“Vaxtında tərəflər öz maraqlarından dolayı heç bir əsas göstərmədən BMT-nin tam hüquqlu üzvü olan Suriyaya daxil olub ordakı vəziyyəti gərginləşdirdilər. ABŞ, Rusiya və İranın Suriyadakı böhrandan təsirlənməsi mümkün deyildi. Ona görə də tərəflərin bu böhrana birbaşa müdaxilələri yanlışdır. Bu müdaxilələr indi böhranı belə çıxılmaz hala salıb”, - deyə nazir qeyd edib.
O həmçinin vurğulayıb ki, Suriyadakı böhrandan birbaşa təsirlənən yeganə xarici dövlət elə Türkiyədir.
Dəyanət Ağalarlı
Ordu.az