Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin səsləndirib.
“Deyə bilərəm ki, təxminlərimizə görə, biz bu cığır üzrə əhəmiyyətli irəliləmə əldə etmişik. Xüsusilə diqqətinizi bir fakta yönəltmək istəyirəm. Bizim dəstəyimizlə Suriya hökuməti BMT-yə 50 nəfərlik namizəd siyahısı təqdim edib”, - deyə Verşinin bildirib.
Onun sözlərinə görə, artıq müxalifətin və vətəndaş cəmiyyətinin siyahısını gözləmək lazımdır: “Bizdən asılı olan hər şeyi etdik. Müxalifət üçün də bu siyahının ən qısa zamanda təsdiqlənməsini və icraya edilməsini arzu edirik”.
Ağalar Ağalarlı
Ordu.az