Yəmənli nazir: “Koalisiya qüvvələrinin hücumları zamanı 1372 uşaq öldürülüb”

2018/06/1084111-2106716663_1530271125.jpg
Oxunub: 3041     19:17     29 İyun 2018    
“Husi qiyamçıları Yəməndə koalisiya qüvvələrinə qarşı müharibədə uşaqların xidmətindən də yararlanırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmənin İnsan Hüquqları naziri Məhəmməd Əskər bildirib.

O qeyd edib ki, 2014-cü ildən bu yana qiyamçılar 15000-dən çox uşağa hərbi təlimlər keçib və onları koalisiya qüvvələrinə qarşı müharibəyə səfərbər edib.

O həmçinin vurğulayıb ki, müharibə zamanı ölən uşaqlardan da husilər məsuliyyət daşıyırlar.

“Koalisiya qüvvələrinin hücumları zamanı öldürülənlər arasında 1372 uşaq var. Əlbəttə ki, bu uşaqların müharibəyə daxil edilməsində günahkar qiyamçı qruplaşmadır. Bunba görə də husilər məsuliyyət daşıyırlar”, - deyə nazir vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin