Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə Rakkadakı İŞİD-qüvvələrinə qarşı həyata keçirilən əməliyyatı uğurla tamamladıqdan sonra qəzaya uğrayıb.
“Suriyanın Rakka bölgəsində koalisiya qüvvələrinin tərkibində əməliyyata qatılan təyyarə İŞİD mövqelərinə uğurlu zərbələr endirdikdən sonra geri qayıdarkən qəzaya uğrayıb. Nəticədə pilot salamat şəkildə uçuşu bitirsə də, təyyarə ciddi zərər görərək aktiv istifadə üçün yararsız hala düşüb. Qırıcı dərhal Böyük Britaniyaya göndərilib”, - deyə açıqlamada qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az