Suriya hökumətinin Deradakı mövqeyi getdikcə daha da güclənir

2018/06/234234_1530269369.jpg
Oxunub: 2233     18:48     29 İyun 2018    
Suriya ordusu Deradakı uğurlu əməliyyatlarını bu gün səhər saatlarından etibarən yenidən davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların son mərhələsi Əl-Hirak şəhəri yaxınlığında baş verir.

Suriya Quru Qoşunları tərkibindəki 49-cu batalyon tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində müxaliflər və bölgədə dağınıq şəkildə fəaliyyətlərini davam etdirən terrorçu qüvvələrə ciddi zərbələr endirilib.

Suriya Müdafiə Nazirliyindən bildirilir ki, hücumlar zamanı üsyançıların nəzarətindəki “Brigade 52” bazası ələ keçirilib.

Qeyd edək ki, son günlərdə daha da intensivləşən hücumlar sayəsində demək olar ki, hökumət qüvvələri artıq Derada tam nəzarəti ələ alıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dera  


Bizi "telegram"da izləyin