"İranın Suriyadakı varlığı legitimdir" – Rusiya səfiri

2018/06/Iran-2_1530266181.jpg
Oxunub: 2917     17:55     29 İyun 2018    
Rusiya İranın Suriyadakı hərbi fəaliyyətinin hüquqi əsaslara söykəndiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı səfiri Vassili Nebenziya bildirib.

O qeyd edib ki, İran və Suriya BMT-nin tam hüquqlu üzvləridirlər. Buna görə də tərəflər iki tərəfli danışıqlar yolu ilə aralarındakı məsələni həll edə bilərlər.

“Əgər Suriyadakı legitim hökumət İranın bu ölkədəki hərbi fəaliyyətinə icazə verir və dəstəkləyirsə onda bu fəaliyyətin özü də legitim olur. Burada legitim olmayan yeganə fəaliyyət Qərbə aiddir. Çünki Qərbin fəaliyyəti Suriya hökuməti tərəfindən rədd edilir”, - deyə səfir vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   İran   Qərb  


Bizi "telegram"da izləyin