İŞİD İraq-Suriya sərhədini yenidən ələ keçirməyə çalışır

2018/06/5648945021458148_1530264270.jpg
Oxunub: 4464     17:28     29 İyun 2018    
İŞİD dünən gecə İraq-Suriya sərhədində Suriya ordusunun Post 400-dəki mövqelərinə gözlənilməz hücum edib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, terrorçular hücuma İraq daxilindən başlayıblar.

Buna baxmayaraq, qısa döyüşlə onların hücumu dəf edilib. Böyük itki verən terrorçular ağır məğlubiyyətlə üzləşərək geri çəkilmək məcburiyyətində qalıblar.

Qarşıdurma zamanı hökumət qüvvələrinin terrorçulara məxsus 23 mm-lik pulemyot və tank əleyhinə idarəolunan raketlə təchiz edilmiş zirehli texnikasını sıradan çıxardığı da bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya   İŞİD  


Bizi "telegram"da izləyin