Tereza Meylə Qavin Uilyamson arasında gərginlik böyüyür

2018/06/847845145814584_1530263847.jpg
Oxunub: 4460     17:20     29 İyun 2018    
Britaniya Baş naziri Tereza Meylə ölkənin Müdafiə naziri Qavin Uilyamson arasında mövcud onlan qarşıdurma dərinləşməkdədir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu gərginliyə səbəb isə Uilyamsonun modernləşdirici hərbi baxışına dair kampaniyasına davam etməsidir.

Uilyamsonun növbəti həftə üçün Baş nazir və Maliyyə naziri ilə görüşə hazırlaşdığı bildirilir. Onun Tereza Meyi hökumətin modernləşdirici müdafiə proqramını imzalamağa təşviq etməsi gözlənilir.

Bu görüş NATO sammiti öncəsində baş tutacaq və proqramın imzalanması halında sənəd Britaniyanın müttəfiqlərinə ölkənin silahlı qüvvələrinə əhəmiyyət verdiyini göstərəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   NATO   Tereza-Mey  


Bizi "telegram"da izləyin