Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, cəbhə xəttinin bəzi hissələrində separatçılar tanklar, artilleriya və minaatanlardan istifadə ediblər.
Birləşdirilmiş Qüvvələr Əməliyyatının məlumatına görə, bu hücumlar nəticəsində Ukrayna ordusunun 4 əsgəri həlak olub, 2-si isə yaralanıb.
Xüsusilə Yuzne yaxınlığında separatçıların Minsk sazişi ilə qadağan olunmuş silah və hərbi texnikalardan istifadə etdiyi bildirilir. Ukrayna ordusunun cavabı nəticəsində separatçılardan 9 nəfər məhv edilib, 8 nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az