Rusiya ordusu “Ən-Nusra”ya qarşı zərbələrdən ABŞ-ı xəbərdar edib

2018/06/45645_1530262353.jpg
Oxunub: 2411     16:51     29 İyun 2018    
Rusiya ordusu “Ən-Nusra” terror qruplaşmasına qarşı hücumlardan Birləşmiş Ştatları xəbərdar edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bəyan edib.

“Bəli, biz amerikalı həmkarlarımızla bütün məsələlərdə əlaqədəyik. Bizim yaxşı və etibarlı münaqişəsiz kanalımız var”, - deyə Verşinin bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ ordusu arasında heç bir qarşıdurma təhlükəsi yoxdur. Verşinin terrorla mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin