Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni vasitə ilk dəfə 1981-ci ildə istifadəyə verilmiş “M2 Bradley”i əvəzləyəcək.
Yeni vasitə yeni texnologiyaları özündə birləşdirəcək. Bu texnologiyanın onu müasir təhdidlərə qarşı daha ölümcül və möhkəm edəcəyi bildirilir.
Bu maşının “M2 Bradley”dən daha bir fərqi isə onun 9 və ya daha çox əsgər daşıya bilmə xüsusiyyəti olacaq. Bu zaman o standart altı nəfərlik piyada bölüyü ilə yanaşı “Javelin” tank əleyhinə raket komandası, pulemyot komandası və müdafiə/dron əleyhinə hava nəzarət komandasını da götürəcək.
Məlumatlara görə, bu vasitəyə ağır top, 40 mm-lik top atəşi üçün teleskop dəyirmisi və TOW-un əvəzinə daha kiçik, yüngül “Javelin” tank əleyhinə raketlər quraşdırılacaq.
Ağalar Ağalarlı
Ordu.az