Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Ukrayna Prezident Administrasiyasından verilib.
Açıqlamada qeyd olunub ki, Ukrayna Konstitusiyasına əlavə dəyişikliklər üzrə qanun layihəsinin tam həcmi yaxın zamanda tamamlanıb elan ediləcək.
“Hələlik 112 bənd üzrə əlavə dəyişiklik edilməsi planlaşdırılır. Bu qanun layihəsi çıxarılıb qəbul edildikdən sonra Ukraynanın qarşısında heç bir hüquqi əngəl qalmayacaq. Yaxın zamanlarda qanun layihəsinin ehtiva etdiyi bütün maddələr tam olaraq elan ediləcək”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, qanun layihəsinin qəbul edilməsi üçün Ukrayna Ali Radasındakı 450 millət vəkilindən azı 300-nün layihənin lehinə səs verməsi tələb olunur.
Dəyanət Ağalarlı
Ordu.az