Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, alyans daxilində bir çox üzv dövlətin Böyük Britaniyanın NATO-dakı gələcəyi ilə bağlı təlaşı var.
Belə ki, bəzi önəmli dövlət başçıları Britaniyanın Avropa İttifaqından sonra NATO-dan da çıxa biləcəyindən ehtiyat etdiklərini vurğulayır.
Lakin son zamanlarda Böyük Britaniyanın bir çox önəmli hökumət nümayəndələri bunun qətiyyən baş verməyəcəyini qeyd edirlər.
Ən son olaraq Baş nazir xanım Tereza Mey bildirib ki, ölkəsinin Avropa İttifaqından çıxması onun NATO-dakı fəaliyyətinə qətiyyən təsir etməyəcək.
“Biz hazırda hərbi xərclərimizə görə NATO standartını qarşılayan çox az sayda üzvlərdən biriyik. Hətta digər dövlətləri də hərbi xərclərini artırmağa və əməkdaşlığı daha da dərinləşdirməyə çağırırıq. Buna görə də bütün müttəfiqlərimiz əmin ola bilər ki, Böyük Britaniyanın NATO-dan çıxması ilə bağlı müzakirələr aktuallıqdan tamamilə uzaqdır”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az