ABŞ-ın kiber təhlükəsizlik şirkətləri böyük investisiyalara ehtiyacı var

2018/06/Krebs_1530179439.png
Oxunub: 3833     17:53     28 İyun 2018    
ABŞ şirkətləri xarici ölkələrdən gələn haker hücumlarına qarşı önəmli investisiyalara ehtiyac duyurlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Mərkəzinin Kiber Hücumlar üzrə məsləhətçisi Kristofer Krebs bildirib.

O qeyd edib ki, bir çox ölkələrdə hazırda kəşfiyyat məqsədilə kiber hücumlar önəmli qurumlar tərəfindən maliyyələşdirilir.

“Sadəcə ötən il ərzində Çin, İran, KXDR və Rusiyadan çox təhlükəli haker hücumları edilib. Bu kiber hücumların içində ən təhlükəli olanlar KXDR-dən edilən”WannaCry” və Rusiyadan edilən “NotPetya” hücumları olub ki, bu hücumlar nəticəsində 300 mindən çox fərdi və təşkilati komputerlərə hücumlar edilib və çox sayda məlumatın təhlükəsizliyinə təhdid formalaşdırılıb”, - deyə Krebs bildirib.

O əlavə edib ki, hazırda ABŞ-da kiber təhlükəsizlik üzrə bir çox şirkətlər fəaliyyət göstərir lakin onların fəaliyyətini effektiv zəmində formalaşdırmaq üçün önəmli investisiyalara ehtiyac duyulur.

“Düşünürəm ki, ABŞ hökuməti vətəndaşlarının və özünün data təhlükəsizliyini qorumaq istəyirsə bu investisiya problemini aradan qaldırmalıdır”, - deyə məsləhətçi vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kiber-Hücum  


Bizi "telegram"da izləyin