Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə gün öncə ABŞ artıq ikinci dəfə Hindistanla 2+2 formatlı dialoqu təxirə saldı və əvəzində Donald Trampla Putin arasında görüş təsdiqləndi.
Bu xəbər Yeni Dehlinin müdafiə sazişləri sahəsində Moskva ilə yaxınlığından dolayı ABŞ-Hindistan əlaqələrinin gərilməsi fonunda böyük əhəmiyyətə malikdir.
Hindistan və ABŞ müdafiə, təhlükəsizlik və digər strateji məsələlər üzərində xeyli yaxınlaşıb. Lakin iqtisadi əlaqələr Tramp administrasiyasının tarif müharibəsindən dolayı heç də yaxşı yerdə deyil. Tramp Hindistanı ədalətsiz ticarət əlaqələri qurmaqda ittiham edir.
İkitərəfli əlaqələrə kölgə salan daha bir məqam isə enerji sahəsidir. Hindistan İran neftinin əsas alıcılarındandır. Bu mənada ikinci yerdədir. ABŞ İrandan neft idxalının dayandırılmasını tələb edir.
Dəyanət Ağalarlı
Ordu.az